Kikboks üzrə ölkə çempionatı

20-22 may kikboks üzrə XXVI Azərbaycan çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda ilk dəfə “Full Contact” növü üzrə mübarizə gedəcək. Buna səbəb, avqustda Konya-2021-də V İslam həmrəylik oyunlarında bu növün salınmasıdır.

Beləliklə, XXVI Azərbaycan çempionatı “lov kick” və “full kontakt” növü üzrə keçiriləcək. Kişilərdə hər 2 növ üzrə 12 çəki (51, 54, 57, 60, 63,5, 67, 71, 75, 81, 86, 91, +91 kq), qadınlarda 5 çəki dərəcəsində (48, 52, 56, 60, 65 kq) mübarizə olacaq.

“Sərhədçi” olimpiya-idman mərkəzində yarışda ilkin mərhələyə sabah saat 09:00-dan etibarən start veriləcək. Saat 14:00-da təntənəli açılışdır. Bu yarışın qalibləri İslamiadada Azərbaycanı təmsil etmək hüququna yiyələnəcəklər.

Həmin kateqoriyadan