- Baxış sayı: 34
- 02 Noyabr 2026 13:35
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Millətlər liqasının qrup mərhələsinin 2-ci turunda Azərbaycanı qəbul edəcək Kipr yığması daha bir itki ilə üzləşib. Asllport.az xəbər verir ki, Qazaxıstanın “Astana” klubunun hücumçusu Pieros Sotiriu zədələnib.
27 yaşlı hücumçu durumuna tibbi müayinədən sonra aydınlıq gələcək. Onun toplanışdan kənarlaşdırılacağı gözlənilir.
Daha öncə Aleksander Qogiç və Giorqos Efrem millidən kənarlaşdırılmışdılar.
Sentyabrın 8-də Nikosiyadakı GSP stadionunda keçiriləcək Kipr – Azərbaycan matçı Bakı vaxtı ilə 22:45-də başlanacaq.