Kişi həndbol millimiz Maltadan qələbə ilə dönüb

Kişi həndbolçulardan ibarət millimiz 2022-ci ildə Macarıstan və Slovakiyada təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində mübarizə aparıb. Allsport.az saytı xəbər verir ki, “B” qrupunun Maltada keçirilən oyunlarında komandamız öncə kiprli həmkarları ilə qarşılaşıb. Matç 25:17 rəqibin xeyribə bitib.

Ertəsi gün, yanvarın 12-də Gürcüstan yığması ilə görüş bərabər mübarizə şəraitində keçsə də, əl topu ustalarımız son dəqiqələrdə təşəbbüsü itiriblər (25:30).

Ayın 13-də millimiz ev sahibləri ilə üz-üzə gəliblər. Kospikua şəhərinin idman arenasında oyun gərgin rəqabətlə yadda qalıb. İlk hissəni 16:11 bitirən komandamız növbəti yarıda da üstünlüyü əqoruyub – 27:24.

Növbəti mərhələyə qrup qalibi Kipr yüksəlib.

Həmin kateqoriyadan