KİV arasında üzgüçülük yarışı

Noyabrın 14-də gənclər və idman mazirliyi, üzgüçülük federasiyası, idman jurnalistləri federasiyası və Bakı su idmanı sarayının birgə təşkilatçılığı ilə KİV arasında üzgüçülük turniri keçiriləcək.

Allsport.az saytı xəbər verir ki, Zəfər gününə həsr olunan yarışdan öncə jurnalistlər təlim olacaq. Sonra yarışa start veriləcək.

Turnir iştirakçılarına xüsusi sertifikatlar, qaliblərə isə müvafiq diplomlar və su idmanı sarayının xidmətlərindən ödənişsiz istifadə üçün abunə kartı təqdim olunacaq.

Yarış başa çatdıqdan sonra mediatur təşkil ediləcək.

Həmin kateqoriyadan