KİV arasında üzgüçülük yarışının qalibləri

Noyabrın 14-də gənclər və idman nazirliyi, üzgüçülük federasiyası, su idmanı sarayı və Azərbaycan idman jurnalistləri federasiyasının birgə təşkilatçılığı ilə KİV arasında turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, 50 metr məsafəyə sərbəst üsulla üzmədə “İctimai” yeleviziyanın əməkdaşı Maksim Tsurkov qalib olub. 2-3-cü yerləri isə müvafiq olaraq, Pavel Antonov (“Sputnik.az”) və Rəşad Cavadov (“Sportsmen” jurnalı) tutublar.

Qaliblərə diplom, medallar və təşkilatçılar tərəfindən hədiyyələr, bütün iştirakçılara isə xüsusi sertifikatlar təqdim edilib. Mükafatları su idmanı sarayının direktoru və üzgüçülük federasiyasının vitse-prezidenti Elçin Həsənov, AİJF prezidenti Qabil Mehdiyev, üzgüçülük üzrə milli yığma komandanın baş məşqçisi Rəşad Əbdürəhmanov təqdim ediblər.

Həmin kateqoriyadan