- Baxış sayı: 24
- 15 İyun 2025 11:48
- Baxış sayı: 29
- İyun 15, 2025
- 0
Çempionlar liqasının II təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Şerif” oyunun hakimləri müəyyənləşib. Allsport.az xəbər verir ki, qarşılaşmanı ukraynalı hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Nikolay Balakin olacaq. Ona yerliləri – Viktor Matyaş və Sergey Pristupa kömək edəcəklər. Dördüncü hakim funksiyasını Andrey Kovalenko yerinə yetirəcək.
Avqustun 26-da Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək “Qarabağ” – “Şerif” matçı saat 20:00-da start götürəcək.