- Baxış sayı: 25
- 25 İyun 2026 15:04
- Baxış sayı: 26
- İyun 25, 2026
- 0

Allsport.az xəbər verir ki, Portuqaliyanın Koimbra şəhərində keçirilən yeniyetmələr arasında Avropa turnirinin ilk günü oğlanların yarışında 50 kq, 55 kq və 60 kq çəki dərəcələrində 7 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
50 kq çəkidə final görüşündə iki cüdoçumuz Bahadır Feyzullayev və Nihad Məmişov qarşılaşıb. Nəticədə Bahadır Feyzullayev qızıl medal əldə edib.
55 kq çəkidə Həsən Həsənli bürünc medal qazanıb. Eyni çəkidə digər cüdoçumuz Murad Fətullayev yarışı 5-ci yerdə tamamlayıb.