- Baxış sayı: 27
- 04 İyun 2023 11:25
- Baxış sayı: 21
- İyun 04, 2023
- 0
Azərbaycan cüdoçusu Uşangi Kokauri Fransanın paytaxtı Parisdəki “böyük dəbilqə”də 3-cü yer uğrunda görüşə çıxıb.
Allsport.az xəbər verir ki, 100 kq-dan yuxarı çəkidə mübarizə aparan gürcüstanlı legioner niderlandlı Yur Speykerslə üz-üzə gəlib. Görüş Speykersin qələbəsi ilə yekunlaşıb. Nəticədə Kokauri 5-ci yerlə kifayətlənməli olub.
Beləliklə, Azərbaycan cüdoçuları “böyük dəbilqə”ni 1 qızıl, 1 bürünc medalla 4-cü yerdə başa vurub. Milli komanda üzvlərindən Balabəy Ağayev (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Hidayət Heydərov (73 kq) isə 3-cü yeri tutub.