“Komandanı avrokubokda layiqincə təmsil edəcəyimə inanıram”

Milli futbolçu Mahir Əmrəli Zaqreb “Dinamo”suna keçidindən danışıb. Allsport.az saytı xəbər verir ki, 25 yaşlı hücumçu komandanın  müntəzəm Xorvatiya çempionluğu qazandığını və son illər avrokuboklarda uğurlu çıxış etdiyini qeyd edib:

“”Dinamo”ya Xorvatiyada və ölkə xaricində böyük hörmətlə yanaşırlar. Belə bir klubla müqavilə bağladığım üçün çox xoşbəxtəm. Bu, həqiqətən də keyfiyyətli, ən yaxşı peşəkarların çalışdığı ciddi klubdur. Oyunumla, cəhd və səylərimlə, özünəinamımla gələcəkdə komandamın nəticələrində pay sahibi olacağıma, çempionluq titulunu qorumağa və “Dinamo”nu avrokuboklarda layiqincə təmsil edəcəyimizə inanıram”.

Polşa “Legiya”sı ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozan hücumçu, “Dinamo” ilə 4,5-illik razılaşıb.

Həmin kateqoriyadan