Dünya çempionatında 3 medal qazanan Roman Saleh və baş məşqçi Alavərdi Culfayevlə görüş

Milli paralimpiya komitəsinin prezidenti İlqar Rəhimov Londonda para-üzgüçülük üzrə dünya çempionatında gümüş və bürünc medallar qazanaraq Tokio paralimpiadasına lisenziyaya sahiblənən Roman Saleh və yığmanın baş məşqçisi Alavərdi Culfayevi qəbul edib.

Mütəxəssis, yarışı barədə komitə prezidentinə məlumat verib. O rəqabətin çətin mübarizə şəraitində keçdiyini qeyd edib. Tokio-2020-yə qədər komandanın digər üzvləri tərəfindən də lisenziyalar qazanmağın mümkün olduğunu qeyd edib.

Paralimpiyaçı Roman Saleh, öz növbəsində, mübarizənin gərgin olduğunu deyib. Amma buna rəğmən, qarşıya qoyulan əsas hədəfə çatdığını söyləyib. İdmançı söz verib ki, paralimpiya oyunlarında ölkəmizi layiqincə təmsil edəcək.

Komitə prezidenti İlqar Rəhimov idmançıya və onun baş məşqçisinə yeni uğurlar arzulayıb. Deyib ki, Tokio paralimpiya oyunlarında üzgüçülük komandasına olan ümidlər böyükdür. Bu komandadan yalnız yüksək nailiyyətlər gözlənilir.

Nəzərinizə çatdıraq ki, Roman Saleh “Ümid”in üzvüdür. Klubunun prezidenti Mehdi Nağıyevdir. İdmançımıza “Nar mobile” himayədarlıq edir.

Həmin kateqoriyadan