Koronavirusa yoluxan Təmkin: “Səhhətim yaxşıya doğru gedir”

Milli üzvü Təmkin Xəlilzadə koronavirusa yoluxması ilə bağlı paylaşım edib. Allsport.az saytı xəbər verir ki, o, İinstaqramda sağlıq durumunun yaxşıya doğru getdiyini yazıb:

“Dostlar, yazan, maraqlanan, narahat olan, şəfa diləyən hər kəsə təşəkkür edirəm! Hazırda Xorvatiyada karantindəyəm, səhhətim yaxşıya doğru gedir. İnşallah, tezliklə görüşəcəyik. Ətrafınızı və özünüzü bu virusdan maksimum şəkildə qorumağa çalışın”.

“Sabah”ın futbolçusu hazırda Xorvatiyada karantindədir və test nəticələri mənfi olandan sonra Bakıya qayıda biləcək. O, yığmamızın millətlər liqasında səfər oyunları ilə bağlı Avropa səfərində komanda yoldaşı Rahil Məmmədovla birgə COVİD-19-a tutulub.

Həmin kateqoriyadan