- Baxış sayı: 54
- 12 Noyabr 2026 22:32
- Baxış sayı: 389
- Noyabr 09, 2026
- 0

Millimizin basketbolçusu Zaur Paşayevin çıxış etdiyi «Kutaisi» klubu Gürcüstan Superliqasının 13-cü turunda doğma meydançada «Mgzavrebi» ilə qarşılaşıb. Allsport.az saytı xəbər verir ki, ev sahibləri Tiflis komandasına 85:60 hesabı ilə qalib gəlib.
Bu görüşdə həmyerlimiz 3 xal qazanıb; 4 ötürmə verib və 4 götürmə edib. 8 kollektivin yer aldığı çempionatda «Kutaisi» 22 xalla (+10-2) 2-ci yerdədir.