La liqadan De Byaziya təbrik

İspaniya la liqasının “Facebook” səhifəsi millimizin yeni baş məşqçisi Canni De Byaziyə işində uğurlar arzulayıb. Allsport.az xəbər verir ki, paylaşılan postda qeyd edilib:

“La Liqa komandalarının keçmiş baş məşqçisi Canni De Byazini Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edirik. Təbriklər, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası!”

Federasiyanın italiyalı mütəxəssislə bağladığı müqavilənin müddəti millətlər liqasının cari mövsümünü və DÇ-2022-nin seçmə mərhələsini əhatə edir.

64 yaşlı mütəxəssis İspaniyada “Levante” və “Alaves” klublarını çalışdırıb.

Həmin kateqoriyadan