- Baxış sayı: 31
- 27 Aprel 2025 10:53
- Baxış sayı: 42
- Aprel 27, 2025
- 0
“Los Anceles Leykers”in basketbolçusu Lebron Ceyms qazandığı qələbələrin sayına görə NBA tarixində üçüncü pilləyə yüksəlib.
Allsport.az xəbər verir ki, 40 yaşlı idmançı bunu “Nyu York”a qarşı keçirdiyi matçda (113:109) reallaşdırıb.
Lebron Ceyms bu göstəricidə “San Antonio”nun keçmiş üzvü Tim Dankanı keçib. Onun aktivində 1002 qələbə var.
Siyahıya 1074 qələbə ilə Kərim Əbdul Cabbar liderlik edir. İkinci pillədə Robert Periş (1014) qərarlaşıb.