- Baxış sayı: 39
- 25 Aprel 2024 11:00
- Baxış sayı: 46
- Aprel 23, 2024
- 0
Özbəkistanda cüdoçuların Daşkənd mükafat yarışının ilk günü millimiz üçün uğurlu olub. Allsport.az saytı xəbər verir ki, qadınlarda 48 kq-da Leyla Əliyeva fəxri kürsüyə çıxıb.
O, Rumıniya, Fransa, Almaniya və Hindistan idmançılarını məğlub edərək finala adlayıb. Həlledici tutaşmada rusiyalı Sabina Giliazova yenilərək, gümüş medalla kifayətlənib və 490 lisenziya xalı qazanıb.
Kişilərdə İbrahim Əliyev (66 kq) bürünc medal uğrunda görüşdə Özbəkistan təmsilçisi Sərdar Nurillayevə uduzaraq, 5-ci yeri tutub.