- Baxış sayı: 43
- 25 Sentyabr 2026 23:22
- Baxış sayı: 79
- Sentyabr 25, 2026
- 0

Kişi həndbolçuların Azərbaycan çempionatında 4-cü turun görüşləri keçirilib. Allsport.az xəbər verir ki, yarışın əsas favoriti sayılan “Məhsul”, “Təhsil”lə oyunda da azarkeşlərini sevindirib.
Son ölkə çempionu rəqibin müqavimətini qırmaqda çətinlik çəkməyib. Qarşılaşma 38:22 hesabı ilə “Məhsul”un xeyrinə nəticələnib.
Günün digər matçında da imkanları yüksək qiymətləndirilən komanda qalib gəlib. U-18 – “Bakı” görüşündə nominal ev sahibi çox çalışsa da daha təcrübəli rəqibin inamlı qələbəsinə mane ola bilməyib. 42:22.