“Məhsul” və “Bakı”dan qələbə

Bu gün “ABU-arena”da həndbol üzrə ölkə çempionatında kişilərin mübarizəsi start götürdü. Allsport.az saytı xəbər verir ki, ilk oyundan öncə çempionatın təntənəli açılışı oldu.

Tədbir millinin uzun müddət baş məşqçisi olan Hikmət Abdullayevin dünyasını dəyişməsi ilə əlaqədar 1 dəqiqəlik sükutla başladı.

Mərasimdən sonra kişilərin ilk turunun oyunları keçirildi. “Təhsil” ölkə çempionu “Məhsul”a 22:27, U-18 “Bakı”ya 20:42 yenildi.

Həmin kateqoriyadan