“Məhsul”dan qızıl dubl

Kişi həndbolçuların ölkə çempionatına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, son turda diqqətlər “Bakı” – “Məhsul” görüşünə yönəlmişdi. Qızıl medallara əsas namizədlərin oyunu gözlənildiyi kimi, gərgin mübarizə ilə yadda qalıb.

Matç 26:19 hesabı ilə “Bakı”nın xeyrinə nəticələnsə də, bu, çempionluq üçün yetərli olmayıb. Topların ümumi sayında rəqibini 2 top fərqi ilə qabaqlamağı bacaran “Məhsul” yarışın baş mükafatına sahib çıxıb.

“U16” – “Təhsil” görüşü isə 20:29 hesabı ilə başa çatıb. Beləliklə, 12 turdan ibarət ölkə çempionatını “Məhsul” 1-ci, “Bakı” 2-ci, “Təhsil” 3-cü, U-16 isə 4-cü pillədə başa vurub.

Qeyd edək ki, “Məhsul” komandası  bu mövsüm Azərbaycan kubokuna da sahib çıxıb

Həmin kateqoriyadan