Məmmədəli də bürünc medal və 500 xal qazandı

Məmmədəli də bürünc medal və 500 xal qazandı

Daşkənd “Böyük dəbilqə”sində daha bir cüdoçumuz bürünc medal qazanıb.

Allsport.az xəbər verir ki, turnirin son günündə Məmmədəli Mehdiyev (90 kq) 3-cü yer uğrunda görüşdə özbəkistanlı Şərməhəmməd Candəreyevi məğlub edib.

Ötən gün Rüstəm Orucov (73 kq) da millimizin aktivinə bürünc medal yazdırıb.

“Böyük dəbilqə”də ilk yeri tutan 1000, gümüş mükafatçı 700, 3-ci sıraya çıxanlar 500, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 360, 260 əmsal xalı qazanıblar.

Həmin kateqoriyadan