Məmmədəli Mehdiyev: Əski qayda olsaydı, finalda daha ağılla güləşib udardım

«Finalda tələsdim. Düzü, təzə qaydalara hələ tam uyğunlaşmamışam». Bunu allsport.az saytına açıqlamasında «Böyük dəbilqə» turnirində 2-ci yer tutan Məmmədəli Mehdiyev (90 kq) dedi. Rio-2016-nın iştirakçısının sözünə görə, köhnə qayda ilə qalib gələ bilərdi:

«Əvvəllər 2 «şido» veriləndə qarş tərəf uduzurdu. İndi belə deyil. Gərək «xansoki-maki» (3-cü xəbərdarlıq) də verilsin, ya da xal almalısan. Əski qayda olsaydı, mən daha ağılla güləşib udardım. Belədə, rəqib vaxtlı vaxtında fəndə girdi, mən də yıxıldım. Qismət. Gələcək məşqlərdə bunun üzərində daha çox işləyəcəyəm».

Həmin kateqoriyadan