Məmmədəli Mehdiyevdən 1-ci yer və 1000 xal! Zelim Kotsoyev 3-cü oldu

Təl-Əvivdə cüdoçuların “Böyük dəbilqə”si sona yetib. Allsport.az saytı xəbər verir ki, 3-cü yarış günündə də komandamız uğurlu çıxış edib.

Bütün görüşləri üsyün bitirən Məmmədəli Mehdiyev (90 kq) qızıl medal qazanıb. 100 kq-da çıxış edən Zelim Kotsoyev 3-cü yer tutub.

“Böyük dəbilqə”də ilk yeri tutan 1000, gümüş mükafatçı 700, 3-ci sıraya çıxanlar 500, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 360, 260 əmsal xalına yiyələniblər.

Həmin kateqoriyadan