Məmmədəli və Uşanqi «Böyük dəbilqə»də Rio-2016-ya yollanmaq imkanını yaxşılaşdıra bilər

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, Avropa çempionatının yekununa əsasən tərtib olunan siyahı Azərbaycan millisi üçün uğurlu olub. Rio-2016-ya lisenziya xalı verən 3 yarış qalmış açıqlanan sıralamada tatami ustalarımız mövqelərini möhkəmlədiblər. Belə ki, Avropa çempionu adını qazanan Rüstəm Orucov (73 kq) 2533 xalla yenə 1-cidir.

Elmar Qasımov (100 kq) Tatarıstan paytaxtı Qazanda mükafat qazanmasa da, liderliyini qoruyub (2209). Bu çəkidə çıxış edən dünya çempionu Elxan Məmmədov isə 21-cidir (917).

Avropa çempionatında gümüş medalla kifayətlənən Orxan Səfərov (60 kq) 1822 xalla 4-cü, bu çəkidə İlqar Müşkiyev (60 kq) 14-cüdur (1197). 1317 bal toplayan Nicat Şıxəlizadə 10-cu, Tərlan Kərimov (hər ikisi – 66 kq) 42-cidir (421). Abdulhaqq Rəsullu (81 kq) 60-cı (314), Məmmədəli Mehdiyev (90 kq) 28-ci (685), Uşanqi Kokauri (+100 kq) 31-cidir (636). Qadın cüdoçularımız mövqeyi çox aşağıdır.

Qaydaya əsasən, olimpiya oyunlarına kişilərdə hər çəkidə ilk 22 yerdə qərarlaşan 1 cüdoçu yollana bilər. İndiki halda, 4 idmançımız Rio-2016-ya vəsiqə qazanıb. «Böyük dəbilqə» ill 3 yerə müvafiq olaraq 500, 300 və 200 xal verir. 5-ci sıranı tutan 100, 7-ci mövqedə olan 80 bal alacaq. Demək, adı son 2 çəkilən milli üzvü Bakı yarışında uğurlu çıxış etsə, vəziyyətlərini bir qədər də yaxşılaşdıra bilər.

Həmin kateqoriyadan