- Baxış sayı: 45
- 22 İyun 2026 10:05
- Baxış sayı: 161
- İyun 23, 2026
- 0

Fransanın paytaxtı Parisdə cüdo üzrə veteranlar arasında dünya çempionatı start götürüb.
Allsport.az xəbər verir ki, ilk yarış günündə bir cüdoçumuz fəxri kürsüyə qalxıb. M2 yaş kateqoriyasında mübarizə aparan Qurban Məmmədli mundialın bürünc medalını əldə edib.
+100 kq çəki dərəcəsində tatamiyə çıxan idmançımız üçüncü yer uğrunda görüşdə italiyalı Pavel Qurqisi məğlub edib.
Azərbaycan dünya çempionatında 34 cüdoçu ilə təmsil olunur.