“Mən bura gələndən yaxşı mənada dəyişiklik var”

Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi, Avro-2024-ün seçmə mərhələsində İsveç üzərində qazanılan 3:0 hesablı qələbə haqda danışıb:

“Qırmızı vərəqədən sonra çətin oldu. Amma futbolçular sonadək mübarizə apardılar. Onlar alqışa layiqdirlər. Meydanda ürək qoyduq. Ən yaxşı oyunumuzu göstərdik. Oyunlara tam ürəklə, bütün gücümüzlə hazırlaşırıq”.

“Belçika və Avstriya qarşılaşmalarda komanda yaxşı oyun nümayiş etdirmişdi. İndi yaxşı oyunun nəticəsini əldə etdik. Mən bura gələndən yaxşı mənada dəyişiklik var. Oyunu taktiki baxımdan yaxşı idarə edirik. Hesabımızda 7 xal var. Qarşıda bizi Belçika ilə çətin gözləyir. Futbolçular səfərə böyük ruh yüksəkliyi ilə yollanacaqlar”.

Həmin kateqoriyadan