Mənfur qonşumuz Gürcüstana yalnız 1 cüdoçu ilə yollandı, onu da burnundan vurub erkən yola saldılar

Növbəti “Böyük dəbilqə” zolağı Tiflisdə keçirilir. Allsport.az saytının məlumatına görə, Ermənistan millisi yarışda yalnız 1 nəfərlə iştirak edir. Baxmayaraq ki, tədbir yaxın Gürcüstanda təşkil olunub.

73 kq-da Ferninand Karapetyanın ümidinə qalan bədnam qonşumuz Tiflisi erkən tərk etmək məcburuyyətində qalıb. “C” qrupunda yer alan idmançı, burada sonu uğurlu alındıra bilməyib, üstəlik, təsəlliverici görüşü də uduzaraq, ümumi yekunda 7-ci olub.

Bu çəkidə çıxış edən təmsilçilərimiz dəfələrlə sözü gesən rəqibini üstələyiblər. Bunlardan ən yadda qalanı, Minsk-2019 Avropa oyunlarında Rüstəm Orucovla Hidayət Heydərovun onu medalsız qoymalarıdır.

Azərbaycan Tiflis “Böyük dəbilqə”sində 7 kişi, 4 qadın cüdoçu ilə mübarizə aparır. Dünən 60 kq-da Kəramət Hüseynov bürünc medal qazanıb. Bu gün eyni nəticəni 81 kq-da Murad Fətiyev təkrarlaya bilər.

Həmin kateqoriyadan