- Baxış sayı: 30
- 30 İyul 2026 00:21
- Baxış sayı: 73
- İyul 29, 2026
- 0

Rusiyalı slap döyüşçüsü Vasili Kamotski (“Pelmen”) “Pover sləp 22” turniri öncəsi polşalı rəqibi David Zalevski ilə yaşadığı insident barədə danışıb.
Allsport.az xəbər verir ki, idmançı qarşılaşmadan əvvəl keçirilən üz-üzə baxış zamanı rəqibinin davranışını gözləmədiyini bildirib:
“Bunu heç gözləmirdim. Normal ünsiyyətimiz var idi. Qəribə adamdır. Onların çoxu kamera qarşısında belə hərəkətlər etməyə öyrəşib. Mən isə düşünürəm ki, kamera arxasında münasibətimiz yaxşıdırsa, kamera qarşısında da elə olacaq.
Mən ona əl uzatdım, o isə məni itələdi və təhqir etdi. Polşada olmuşam, orada azarkeşlər də eyni sözü qışqırırdılar.
Səhnə arxasında onunla danışmadım. Buna ehtiyac görmədim. Sonra mənə yaxınlaşıb ‘Sakit ol, sakit ol’ dedi. Fikirləşdim ki, mənim səninlə danışmağa ehtiyacım yoxdur. Bu davranış məni özümdən çıxardı”.