Mərakeş qran-prisində iştirak edəcək cüdoçularımız

Martın 6-8-də Mərakeşin Rabat şəhərində cüdo üzrə qran-pri keçiriləcək. Allsport.az xəbər verir ki, ölkəmiz nüfuzlu yarışda 14 cüdoçu (10 kişi, 4 qadın)ilə təmsil olunacaq.

Kişilər arasında Kəramət Hüseynov, Yusif Əhmədov (60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (66 kq), Telman Vəliyev (73 kq), Hidayət Heydərov, Murad Fətiyev (81 kq), Elmar Qasımov, Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri (+100 kq) yarışacaqlar.

Qadınların mübarizəsində isə Leyla Əliyeva, Aişə Qurbanlı (48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Aleksandra-Larisa Florian (57 kq) tatamiya çıxacaqlar.

Həmin kateqoriyadan