Mərrakeşdə dünya birinciliyinin ilk günündə 2 cüdoçumuz fərqləndi

Mərakeşin Mərrakeş şəhərində gənc cüdoçuların dünya birinciliyi başlayıb. Allsport.az saytı xəbər verir ki, yarışa 81 ölkədən 294 oğlan və 223 qız qatılıb. Baş məşqçi Elçin İsmayılovun komandasına ilk gün uğurlu olub.

60 kq-da Əhməd Yusifov Koreya, Ukrayna, Türkiyə və Qırğızıstan təmsilçilərini məğlub etdikdən sonra, finalda rusiyalı Konstantin Simeonidisə uduzaraq gümüş medalla kifayətlənib.

66 kq-da İbrahim Əliyev 3-cü yer tutub.

Digər təmsilçilərimizdən, oğlanlarda Rövşən Əliyev (60 kq) və qızlarda Gültac Məmmədəliyeva (52 kq) mükafat qazana bilməyiblər.

Həmin kateqoriyadan