“Məşqçilərimizi tanıyaq” layihəsində ilk görüş kimlə oldu?

Gənclər və idman nazirliyi “Məşqçilərimizi tanıyaq” adlı yeni layihəyə start verib. Allsport.az saytı xəbər verir ki, proyekt çərçivəsində ilk görüş Azərbaycan voleybol federasiyasının I vitse-prezidenti Faiq Qarayevlə olub. O, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar məşqçi fəxri adına layiq görülüb, illərdə “Şöhrət” və 2-ci dərəcəli “Əmək” ordenlərinə, “Tərəqqi” medalı ilə mükafatlandırılıb.

Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasının akt zalında keçirilən görüşdə idman ictimaiyyətinin nümayəndələri, gənc idmançılar, məşqçilər və akademiyanın tələbələri iştirak ediblər. Tədbirdə gənclər və idman nazirinin müavini Mariana Vasileva və rektor Fuad Hacıyev çıxış ediblər.

Gənclər və idman nazirliyinin hazırladığı, Faiq Qarayevin karyerasından bəhs edən videoçarxın nümayişindən sonra, mütəxəssis öz xatirələrini danışıb və görüş iştirakçılarının suallarını cavablandırıb. Görüşün sonunda məşhur mütəxəssis ən yaxşı sual sahiblərinə öz hədiyyələrini təqdim edib.

Həmin kateqoriyadan