Mətbuatı sevməyən Peter Zayzenbaxer Cüdo federasiyasında ağalıq edir

Milli komandamızın köhnə-yeni baş məşqçisi Peter Zayzenbaxer Cüdo federasiyasında geniş salahiyyətlərə malikdir. Bu barədə allsport.az saytına məlumat daxil olub. Mənbənin bildirdiyinə görə, idmançılarımıza mükafatların verilməsi, təlim-məşq toplanışlarını keçirilməsi və məkanını ezamı o müəyyənləşdirir; federasiya əməkdaşları ezamı onunla razılaşdırılır.
Millinin hazırlığında özü tatamidə olmur. Cüdoçularımıza fəndləri avstriyalının köməkçiləri göstərir. Özü yalnız kənardan təlimat və göstəriş verir, çalışmalara nəzarət edir.

Yeri gəlmişkən, o mətbuatı sevmir. Buna görə, ACF ilə əməkdaşlıq edən KİV üzvlərinin xarici səfərlərdə olmasını istəmir. Bizə çatan məlumata görə, uzun illər bu idmana dəstək verən təcrübəli həmkarımız Zəki Feyzullayevi də federasiyada gözü götürməyənlər var. Onun cüdo biliyini, əslində, «işə mane olmaq»kimi qiymətləndirirlər. Qəribə deyilmi?
Qeyd edək ki, Peter Zayzenbaxerin dünyanın bir çox ölkəsində işi var. O, IJF-in prezidenti Marius Vizerlə yaxin dostdur.

Kamran HACI

Həmin kateqoriyadan