- Baxış sayı: 36
- 19 İyun 2026 20:30
- Baxış sayı: 44
- İyun 19, 2026
- 0

“Rəqibi tanıyırıq, Avropa çempionu olub. Kağız üzərində oyunun favoriti Portuqaliya yığmasıdır”. Allsport.az xəbər verir ki, bu sözləri millimizin üzvü Mahir Əmrəli DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə keçiriləcək səfər oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.
“Qarabağ”ın hücumçusu bildirib ki, rəqibin gücü hamıya bəllidir: “Futbolçuları haqda əlavə sözə ehtiyac yoxdur. Baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışacağıq. Bütün bacarığımızı ortaya qoyacağıq”.