Mahir Mədətov: Futbolçularda millinin hazırlığına vərdiş yaranmalıdır

Milli komandamızın hücumçusu Mahir Mədətov Moldova ilə yoxlama oyunu barədə danışıb. Allsport.az saytı xəbər verir ki, futbolçumuz yeni baş məşçi ilə sınağa qələbə ilə başlamaq istədiklərini bildirib:

“Bu Qurban müəllim ilə birinci təlim-məşq toplanışıdır. Atmosfer olduqca yaxşıdır. Futbolçular həm bir-biri ilə, həm də baş məşqçi ilə tez bir zamanda uyğunlaşdılar. İndi məşqlərə vərdiş alsaq da, bura milli komandadır. Futbolçularda hazırlığa vərdiş yaranmalıdır.

Sabahkı oyunu düşünürük. Qələbə ilə başlamaq istəyirik. Çox uğurlara imza ata bilərik. Məşqçinin xarakterinə bələdik. Klubla milli komanda tam başqadır. Millidə çalışmaq lazımdır ki, uğur əldə edək. Buranın atmosferi klubdan fərqlənir. Klubda 100 faiz çalışırsansa, burda 200 faiz çalışmalısan. Hər kəsin gözü səndədir və səndən uğur gözləyirlər. Ona görə bura həm baş məşqçi, həm də biz başqa cür yanaşırıq”.

Həmin kateqoriyadan