- Baxış sayı: 7
- 02 İyul 2026 12:17
- Baxış sayı: 95
- İyul 01, 2026
- 0

Allsport.az saytı xəbər verir ki, “Matç TV”nin keçmiş aparıcısı və “Pittsburq Pinqvins” klubunun hokkeyçisi Yevgeni Malkinin keçmiş həyat yoldaşı Anna Kasterova bildirib ki, ona ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatına həsr olunmuş layihədə iştirak etmək təklifi edilib: “İstəyirəm, ya da tələsmədən, həyatımda baş verən maraqlı hadisələri sizinlə bölüşüm. Belə demək mümkünsə, televiziya məni Mayamidə də tapdı. Vaxtilə birlikdə çalışdığım həmkarlarım Denis Kazanski və Nobel Arustamyan mənə 2026-cı il dünya çempionatına həsr olunmuş maraqlı layihədə iştirak etməyi təklif etdilər. Bu mövzu mənə çox maraqlı gəldi. Futbola zaman-zaman maraq göstərirəm, dünya çempionatları kimi turnirləri isə həmişə böyük həvəslə izləyirəm. Bu barədə öz baxışım və müşahidələrim var və onları sizinlə bölüşmək istəyirəm”, – Kasterova sosial şəbəkədə paylaşdığı videoda deyib.