Marius Vizer ölkə başçısını təbrik edib

Beynəlxalq cüdo federasiyasının prezidenti Marius Vizer ölkə başçısı İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Allsport.az saytı təbrik məktubun təqdim edir:

“Hörmətli cənab prezident.
Doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı çatdırıram. Ölkənizin, cəmiyyətinizin və idmanınızın qazandığı nailiyyətlərə görə Sizi təbrik edirəm. Bütün bu illər ərzində Siz idmanın ölkəniz üçün prioritet olduğunu sübut etmisiniz və mən bunu yüksək dəyərləndirirəm.

Azərbaycanda idmanın inkişafına və çoxsaylı beynəlxalq yarışların keçirilməsinə dövlət dəstəyi dünyanın idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.
Zati-aliləri, Sizə və ailənizə xoşbəxtlik, cansağlığı, bol-bol uğurlar arzulayıram”

Həmin kateqoriyadan