Mariya Raçitelyova: “Biz bu qələbəni haqq etdik”

Qadın həndbolçuların superliqasının 16-cı turunda keçirilən “Azəryol” və “Qarabağ” oyunu dramatik keçdi. İlk hissəni 4 top irəlidə qapayan Çingiz Əzimovun komandası fasilədən dərhal sonra təşəbbüsü rəqibə verdi.

Belədə, “yolçəkənlər” nəinki hesabı bərabərləşdirdilər, sonra önə çıxaraq matçı qələbə ilə başa vurdular (30:28). Qalib klubun cinah həndbolçusu Mariya Raçitelyova allsport.az saytına açıqlamasında bunu deyib:

“Son dəqiqəyə qədər oyun bərabər keçdi. Amma həmin gün bəxt tərəfimizdəydi. Biz bu qələbəni haqq etdik. İlk hissədə 4 top geridə idik, lakin bu komandaya əlini yanına salmağa imkan vermirdi. Fasilədən sonra toparlandıq və qələbəni dişinlə necə qazanmağı göstərdik. “Azəryol”un uğurunda bütün komanda üzvlərinin əməyi vardı”.

 

Həmin kateqoriyadan