Marko Panteliç: Azərbaycan, qalib gəlmək istədiyimiz rəqiblərdəndir

Serbiya futbol federasiyasının vitse-prezidenti Marko Panteliç DÇ-2022-nin seçmə qrupunun püşkünü dəyərləndirib. Allsport.az saytı xəbər verir ki, o, dünya çempionatına birbaşa vəsiqə qazanmaq istədiklərini deyib:

“Püşkdən razıyıq. Portuqaliyanı çoxdan tanıyırıq. Bu komanda ilə əvvəlki seçmə tsikllərdə də qarşılaşmışıq. Sözsüz ki, bizi 2 maraqlı oyun gözləyir. İrlandiya da güclü rəqibdir. Onların öz üslubları var.

Avropa çempionatının seçmə mərhələsində rəqibimiz olmuş Lüksemburqu yaxşı tanıyırıq. Uzun müddətdir ki, Azərbaycanla oynamırıq, amma əlbəttə ki, maksimum nəticə əldə etmək istədiyimiz rəqiblərdəndir. Əlbəttə, qrupda 1-ci yer uğrunda mübarizə Portuqaliya və Serbiya arasında olacaq”.

Portuqaliya, Serbiya, İrlandiya, Lüksemburq və Azərbaycan yığmaları “A” qrupunda mübarizə aparacaq.

Həmin kateqoriyadan