- Baxış sayı: 586
- 07 May 2026 16:16
- Baxış sayı: 167
- May 08, 2026
- 0

Masters turnirinin ilk günündə 5 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq
Allsport.az saytı xəbər verir ki, avqustun 4-də Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən cüdo üzrə “Masters” turniri start götürür.
Yarışın ilk günündə 3 çəki dərəcəsində 5 cüdoçumuz tatamiyə çıxacaq. Kişilər arasında (60 kq)-da Turan Bayramov və Balabəy Ağayev, (66 kq)-da Yaşar Nəcəfov və Kamran Süleymanov medallar uğrunda mübarizə aparacaq. Qadınlar arasında isə (52 kq)-da Gültac Məmmədəliyeva tatamiyə çıxacaq.
Turnir Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.