“Ustalar”da rəqiblər

Dekabrın 12-14-də Çinin Tsindao şəhərində keçiriləcək cüdo üzrə “Masters” turnirində idmançılarımızın rəqibləri müəyyənləşib. Allsport.az xəbər verir ki, Orxan Səfərov Georgi Zantaraya (Ukrayna), Nicat Şıxəlizadə (hər ikisi 66 kq) Boqdan Yadov (Ukrayna) – Dianbin Ma (Çin) cütünün qalibi, Rüstəm Orucov Xikmatilox Turayev (Özbəkistan) – Guillaume Çaine (Fransa) cütünün qalibi, Hidayət Heydərov (hər ikisi – 73 kq) Daga Qıng (Çin), Məmmədəli Mehdiyev (90 kq) Aleksandr Kukolj (Serbiya), Elmar Qasımov (100 kq) Petr Palçik (İsrail), Zelim Kotsoyev (100 kq) Arman Adamyan (Rusiya), Uşangi Kokauri (100 kq-dan yuxarı) Ruslan Şahbazovla (Rusiya) mübarizə aparacaqlar.

Qadın cüdoçularımız Leyla Əliyeva Çen – Xao Liin (Tayvan), Aişə Qurbanlı (hər ikisi 48 kq) Melani Klemen (Fransa), İrina Kindzerska (78 kq-dan yuxarı) Anna-Fatumata Mbairo (Fransa) ilə qarşılaşacaqlar.

Turnirdə 67 ölkədən 400-dən çox idmançı gücünü sınayacaq.

Həmin kateqoriyadan