“Matç” TV: Nigeriyalı hücumçu səviyyəsi hesabına Ramili heyətdən kənarlaşdırmağı bacardı

Millimizin futbolçusu Ramil Şeydayevin Moskva “Dinamo”sunda ümidləri doğrultmaması Rusiya mətbuatın gündəmindən düşmür. Allsport.az saytı xəbər verir ki, “Matç” TV hücumçunun “ağ- mavilər”də qalacağına inanmır:

“Ramil Şeydayev mövsümə əsas hücumçu kimi başlamışdı. O, yayda “Krılya Sovetov”dan azad agent statusu ilə gəlmişdi. Görünür, qışda ona yeni klub axtarmalı olacaqlar. Əvvəldən bilinirdi ki, Şeydayevlə çox uzağa gedə bilməzsən. Bunu klubdakılar da dərk etdilər.

Sentyabrın əvvəlində ön xətt tamamilə iflic vəziyyətdə idi. Buna görə də İqbun “Ufa”dan icarəyə götürüldü. Nigeriyalı nə sırf mərkəz hücumçusudur, nə də çox qol vuran. Amma öz səviyyəsi hesabına Şeydayevi heyətdən kənarlaşdırmağı bacardı”.

Həmin kateqoriyadan