- Baxış sayı: 23
- 22 Sentyabr 2026 22:18
- Baxış sayı: 237
- Sentyabr 17, 2026
- 0

I MDB oyunlarının cüdo yarışlarında final görüşlərinə start verilib.
Allsport.az xəbər verir ki, 60 kq çəkidə Azərbaycanın iki təmsilçisi Əhməd Yusifov və Rövşən Əliyev qızıl medal uğrunda qarşılaşmada bir-birinə rəqib olub. Görüşü Rusiyadan olan azərbaycanlı hakim Elman Qurbanov idarə edib.
Döyüşün taleyi qızıl xalla həll olunub. Əliyev cərimə xalları hesabına qalib gələrək, çempion olub. Yusif isə gümüş medalla kifayətlənib.