“Messi 2023-cü ildə “Qızıl top”u almamalı idi”

Allsport.az xəbər verir ki, PSJ-nin və Fransa millisinin sabiq futbolçusu Jerom Roten Argentina millisinin kapitanı Lionel Messinin Braziliya millisinin futbolçuları ilə mübahisəsi zamanı davranışını pisləyib:

“Həmin vəziyyətdə ilk hücum edən tərəf argentinalılar oldu. Hamısı onların ulduzu Leo Messiyə görə oldu. İndi o, dünya çempionudur. Onun həmişə fağır obrazı var idi, amma bu artıq dəyişib. İndi onun əsl siması ortaya çıxıb. Siz heç ona toxuna bilməzsiniz. Komanda olaraq çempion olduqları üçün özlərini başqalarından üstün tuturlar. Daha təvazökar ola bilərdilər.

Messi 2023-cü ildə “Qızıl top”u almamalı idi. Mükafat Holanda verilməli idi. Messinin daha yaxşı olduğu bir göstərici yoxdur. Onun lehinə yeganə arqument dünya çempionatı idi. Ancaq burada onu Holandla müqayisə etmək olmaz, çünki Erlinq norveçlidir.

Həmin kateqoriyadan