- Baxış sayı: 38
- 23 İyun 2026 17:10
- Baxış sayı: 122
- İyun 25, 2026
- 0

Bu gün qadın həndbolçuların Almaniya Bundesliqasına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, milli qapıçısı Valentina Salamahanınnın çıxış etdiyi «Bietiqheym» 26-cı turda evdə «Borussiya» ilə üz-üzə gəlib.
İlk hissə meydan sahibələrinin üstünlüyü ilə bitsə də (14:12), fasilədən sonra dortmundlular tədricən təşəbbüsü ələ alaraq sonda qalib gəliblər – 26:25.
Bu yenilgi Valentinanın komandasının ölkə çempionatında 2-ci yer tutmasını əngəlləməyib. «Bietiqheym» mövsümü 40 xalla (+18=4-4) bitirib.