- Baxış sayı: 42
- 22 Sentyabr 2026 22:18
- Baxış sayı: 246
- Sentyabr 17, 2026
- 0

Cüdo üzrə Azərbaycan millisinə yeni baş məşqçilər təyin olunub. Allsport.az saytı xəbər verir ki, kişilərdən ibarət əsas komandanın sükanına olimpiya oyunlarının mükafatçısı, Ukraynanın əməkdar idman xadimi Ruslan Maşurenko keçib.
Qadınlardan ibarət yığmaya dünya və Avropa çempionu, Belarusun əməkdar idman ustası olan həmyerlimiz Natiq Bağırov rəhbərlik edəcək.