Milli paralimpiya komitəsində Sierra leoneli qonaqla görüş

Milli paralimpiya komitəsi prezidenti İlqar Rəhimov, Sierra Leonedən olan həmkarı Unisa Deen Kargbo və bu ölkənin gimnastika federasiyasının prezidenti Anna Vilyamsla görüşüb. Allsport.az saytı xəbər verir ki, ev sahibi paralimpiya hərəkatının inkişafı sahəsində görülmüş işlər, əldə olunmuş nailiyyətlər və gələcək fəaliyyət barədə, eyni zamanda cari ilin noyabr ayında keçiriləcək paracüdo növü üzrə dünya çempionatına hazırlıq barədə məlumat vermişdir. O, eyni zamanda ölkəmizdə təlim-məşq toplantısında iştirak edən Sierra Leone gimnastlarına uğurlar arzulayıb.

Görüşə onlayn formatda qoşulmuş Sierra Leone paralimpiya komitəsinin
prezidenti Unisa Deen Kargbo, öz növbəsində, Azərbaycanda paralimpiya hərəkatının inkişafını yüksək qiymətləndirərək gələcəkdə Komitələr arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin vacib olduğunu qeyd
etmişdir.

Sierra Leone gimnastika federasiyasının prezidenti Anna Vilyams isə öz
növbəsində görüş üçün təşəkkürü bildirirərək gələcək işlərdə uğurlar arzulamışdır. Sonra tərəflər arasında birgə əməkdaşlıq mövzusunda geniş müzakirələr aparılıb.

Görüşdə milli paralimpiya komitəsinin baş katibi Kamal Məmmədov, beynəlxalq əlaqələr və marketinq şöbəsinin müdiri Rüfət Hacılı, idman şöbəsinin aparıcı mütəxəssisi Leyli Yusifli, Azərbaycan gimnastika federasiyasının idman meneceri Lalə Məhərrəmova iştirak ediblər.

Həmin kateqoriyadan