Milli paralimpiya komitəsinin baş katibi Tiflisdə beynəlxalq forumda

Milli paralimpiya komitəsinin baş katibi Kamal Məmmədov Britaniya şurasının dəvəti ilə sentyabrın 24-26-da Tiflisdə keçiriləcək forumda iştirak edəcək.

Allsport.az saytı xəbər verir ki, o, komitənin idman sahəsindəki fəaliyyəti, eyni zamanda, paralimpiyaçıların sosial rifahının yaxşılaşdırılması, Azərbaycan dövlətinin bu istiqamətdə gördüyü işlər və həyata keçirilən layihələr barədə məruzə edəcək.

Toplantının məqsədi inklüziv cəmiyyətin qurulması istiqamətində çalışan insanların təcrübəsini bölüşmək və daha geniş imkanlar açmaqdır.

Həmin kateqoriyadan