Milli paralimpiya komitəsinin gələcək fəaliyyəti nədən ibarət olacaq?

Tokio-2020 paralimpiya oyunları 2021-ci ilə keçirilib. Allsport.az saytı xəbər verir ki, AMPK tərəfindən komandaların üzvlərinin sağlamlıqlarının qorunması və təhlükəsizliyi, idmançıların hazırlıq formalarının yüksək səviyyədə saxlanması, maddi-texniki bazanın gücləndirilməsi, ölkədaxili keçirilən tədbir və yarışların vaxtının dəyişdirilməsi, idman növləri üzrə təlim-məşq toplantılarının təşkili və komitənin ümumi fəaliyyəti ilə bağlı əvvəlki tədbirlər planına dəyişiklər edilib və bu barədə komitə prezidenti tərəfindən müvafiq əmr imzalanıb.

Tədbirlər planınına əsasən, 2021-ci ildə keçiriləcək oyunlara qalan müddətdə yenilənmiş fəaliyyət planına uyğun olaraq işlər davam etdiriləcək. Belə ki, milli komandanın bütün üzvləri karantin müddəti ərzində fiziki formada qalmaları üçün baş və şəxsi məşqçilərin tövsiyələrinə uyğun olaraq, məşqləri evdə davam etdirməlidir. Paralimpiya oyunlarına hazırlıqların səmərəli keçirilməsi və yeni idman növlərinin inkişafı üçün tələb olunan idman ləvazimatı və avadanlıqlarla təmin olunması məqsədilə maddi-texniki baza gücləndiriləcək.

Karantin müddətində idmançıların səhhəti öncədən yoxlanılıb testdən keçirildikdən sonra xüsusi şəraitdə, nəzarət altında təlim-məşq toplantılarının davam etdirilməsi imkanları araşdırılacaq. Karantin müddəti bitdikdən sonra ölkə daxilində idman növləri üzrə təlim-məşq toplanışları təşkil ediləcək. İdman növləri üzrə baş məşqçilərə, xüsusən paralimpiya oyunlarında iştirakı ehtimal olunan idman növləri üzrə baş məşqçilər yeni təlim-məşq toplanışlarının proqramını hazırlayacaqlar.

Mayın 12-13-də Bakıda keçirilməsi təxirə salınan paracüdo üzrə dünya kubokunun və ölkədaxili digər yarışların yeni tarixləri müəyyən ediləcək. Həmçinin Yaponiyanın Şika şəhərində avqustun 10-18-da təşkili nəzərdə tutulan hazırlıq başqa tarixdə keçiriləcək.

Həmin kateqoriyadan