Milli üzvlərinə kommunikasiya təlimləri

Kişi və qadın cüdo millilərinin üzvlərinə KİV ilə ünsiyyət və ictimaiyyətlə əlaqələr üzrə təlimlər keçirilib.

Allsport.az saytı xəbər verir ki, kommunikasiya eksperti Vüqar Babanın keçirdiyi təlim zamanı media, jurnalistika və xəbər anlayışları barədə danışılıb, qarşı tərəflə ünsiyyət forması, müsahibə vermə qaydaları əyani surətdə izah edilib. İdmançıların söhbət zamanı baş vermiş çətinliklərlə bağlı fikir mübadiləsi aparılıb, real hadisələr üzərindən tövsiyələr verilib.

ACF tərəfindən təşkil olunan təlim millinin məşqçi, idman və tibbi heyəti, həmçinin hakimlər heyəti və federasiyanın əməkdaşları üçün nəzərdə tutulub.

Həmin kateqoriyadan