Millidən “Masters” turnirinə uğursuz start

Azərbaycan cüdo millisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən “Masters” turnirinə uğursuz start verib.

Allsport.az saytı xəbər verir ki, yarışın ilk günündə çıxış edən 5 cüdoçu medalçılar sırasına düşə bilməyib.

Yalnız Balabəy Ağayev (60 kq) çəkidə buna yaxın olub. Lakin o, bürünc medal uğrunda görüşdə cənubi koreyalı Kim Vun Jinə məğlub olub.

Kişilərdə Turan Bayramov (60 kq), Yaşar Nəcəfov, Kamran Süleymanov (hər ikisi 66 kq), qadınlarda isə Gültac Məmmədəliyeva (52 kq) mübarizəni erkən dayandırıblar.

Həmin kateqoriyadan