- Baxış sayı: 36
- 17 Sentyabr 2026 23:03
- Baxış sayı: 73
- Sentyabr 17, 2026
- 0

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusda təşkil olunan turnirdə son oyununu keçirib.
Allsport.az xəbər verir ki, qrup mərhələsindəki bütün matçlarda uduzan yığmamız bu gün 7-8-ci yerlər uğrunda qarşılaşmaya çıxıb.
Millimiz Tacikistan yığması ilə qarşılaşıb. Komandamız ardıcıl dördüncü məğlubiyyətini alıb – 1:3. Yeganə qola İslam Həsənov imza atıb. Bununla da millimiz turnirdə sonuncu – 8-ci yeri tutub.
Qeyd edək ki, yığmamız bunadək Belarusa 0:2, Rusiyaya 0:1, Özbəkistana 0:2 hesabı ilə uduzub.