Millimiz Avropa kubokunu 14 medalla başa vurub

Göygöldə kadetlər üzrə Avropa kuboku başa çatıb.

Allsport.az xəbər verir ki, Azərbaycan yığması beynəlxalq turnirdə 14 medal qazanıb.

Millimiz 4 qızıl, 1 gümüş və 9 bürüncə yiyələnib. Yarışın ikinci günündə komandamızın heyətində Mehdi Abbasov (81 kq) və Sübhan Axundov (+90 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Cəsur İbadlı (81 kq) və Hüseyn Eyvazlı (90 kq) isə Avropa kubokunu bürünc medalla başa vurub.

Yekunda Azərbaycan yığması beynəlxalq turnirin qalibi olub. Fransa (2-4-4) 2-ci, Türkiyə (1-3-0) isə 3-cü yeri tutub.

Qeyd edək ki, Avropa kubokunda 14 ölkədən 323 cüdoçu mübarizə aparıb.

Həmin kateqoriyadan